Daha bir ölkə DÇ-2026-ya vəsiqə qazandı

Daha bir ölkə DÇ-2026-ya vəsiqə qazandı İdman

Çərşənbə axşamı Sevilyadakı “La Cartuja” stadionunda keçirilən oyun E qrupunun taleyini həll etdi.

News24.az xəbər verir ki, İspaniya Türkiyə ilə 2:2 hesablı heç-heçə edərək 2026 FIFA Dünya Çempionatına yüksəldi.

Matçın dördüncü dəqiqəsində Dani Olmo İspaniyanı önə çıxarsa da, 42-ci dəqiqədə Dəniz Güllə hesabı bərabərləşdirdi. İkinci hissədə 54-cü dəqiqədə Salih Özcan Türkiyəni önə çıxarsa da, 62-ci dəqiqədə Mikel Oyarzabal İspaniya üçün hesabı yenidən bərabərləşdirdi və oyun 2:2 ilə sona çatdı.

Bu nəticə ilə İspaniya xallarını 16-ya yüksəldərək E qrupunda birinci oldu. 6 oyunda 13 xal toplayan Türkiyə isə "pley-off"a vəsiqə qazanaraq yarımfinalda İsveç, Rumıniya, Şimali Makedoniya və ya Şimali İrlandiya ilə qarşılaşacaq.

Püşkatma cümə axşamı Sürixdə keçiriləcək.