Danimarka millisinin Bakıya gələcək heyəti açıqlandı

Danimarka millisinin Bakıya gələcək heyəti açıqlandı İdman

Bakıda Azərbaycan futzal millisi ilə qarşılaşacaq Danimarka yığmasının heyəti açıqlanıb.

Bu haqda News24.az-a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

Rəqibin baş məşqçisi Nikolay Saabye 14 futzalçıya dəvət göndərib: Tobias Venq, Ruben Vinter, Mikel Foqed, Mohammed Yussef, Mads Folk, Tim Viese, Emil Skott, Nikolay Yaqerqaad, Villiam Rams, Zlatan Henic, Oliver Borstinq, Villiam Qantzhorn, Niklas Fuçs-Kristiansen, Kornelius Ambek-Noqgaard.

Qeyd edək ki, beynəlxalq yoldaşlıq görüşləri yanvarın 22-si və 24-də Bakı İdman Sarayında baş tutacaq.