Azərbaycan millisi Fransaya uduzdu – YENİLƏNDİ
İdman
DÇ-2026-nın seçmə mərhələsinin oyununda bu gün üz-üzə gələcək Azərbaycan və Fransa millilərinin start heyətləri bəlli olub.
News24.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”də çıxacaqlar.
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Rəhman Daşdəmirov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Emin Mahmudov, Renat Dadaşov, Xəyal Əliyev, Elvin Bədəlov, Ceyhun Nuriyev, Abdulla Xaybulayev, Qismət Alıyev
Fransa: Luka Şevalye, Malo Qyusto, Kefrren Türam, Kristofer Nkunku, Uqo Ekitike, Manes Akliuş, İbrahima Konate, Uorren Zair-Emeri, Jan-Filipp Mateta, Lukas Ernandes, Teo Ernandes
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:00-da start götürəcək.
***
DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan – Fransa oyunu başlayıb.
Tofiq Bəhramov adına Respublika stadionundakə qarşılaşma saat 21:00-da start götürüb.
Matçı latviyalı Andris Treymanis idarə edir.
***
4-cü dəqiqədə komandamız hesabı açıb: 1 – 0
***
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan – Fransa oyununda ikinci qol vurulub.
News24.az-ın məlumatına görə, bu dəfə qonaqlar tarazlığı bərba ediblər – 1:1.
***
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan – Fransa oyununda növbəti qol vurulub.
News24.az xəbər verir ki, Fransanın heyətində Manes Akliuş fərqlənib – 1:2.
***
Fransanın heyətində Kepren Türam 45-ci dəqiqədə komandasının üçüncü qolunu vurdu – 1:3.
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Fransa oyununda ilk hissə başa çatıb.
***
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Fransa oyununda ikinci hissə başlayıb.
Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyununu keçirib.
News24.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Fransa yığmasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.