DÇ-2026: biletlər bu qiymətə satılacaq
İdman
2026-cı il dünya çempionatının final oyununa biletin qiyməti ən ucuz kateqoriyada 4 185 dollardan başlayacaq.
News24.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Dekabrın 11-də FIFA tərəfindən həm qrup mərhələsi, həm də final matçları üçün bilet qiymətləri açıqlanıb.
Maraqlıdır ki, 2022-ci il dünya çempionatı ilə müqayisədə final biletlərinin ən aşağı qiyməti təxminən yeddi dəfə artıb. Qətərdə keçirilən əvvəlki turnirdə ən ucuz bilet 600 dollar idi.
İyun ayının 17-də baş tutacaq İngiltərə – Xorvatiya qarşılaşmasının biletləri 265 dollardan, 1/4 final oyunları üçün biletlər 680 dollardan, yarımfinal üçün isə 920 dollardan satışa çıxacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək və ilk dəfə 48 komanda turnirdə iştirak edəcək.