DÇ 2026 zamanı Messini öldürmək istədilər
İdman
Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatı zamanı iki ölüm təhdidi alıb.
News24.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri Federal Təhlükəsizlik Bürosundan sızan məlumatlara istinadən yazıb.
Məlumata görə, dünya çempionatı üçün yaradılan Beynəlxalq Polis Əməkdaşlığı Mərkəzi turnirin bir neçə ulduz futbolçusuna qarşı təhlükəsizlik təhdidlərinə reaksiya verib.
Messi iki dəfə konkret təhdid alıb və bu, digər futbolçulardan daha çoxdur.
Polisin hesabatına əsasən, iyunun 27-də Dallass şəhərində Argentina ilə İordaniya arasında qrup mərhələsi oyunundan əvvəl naməlum şəxs şəhər hava limanına zəng edərək iki şəriki ilə stadiona hücum edəcəyini bildirib.
Onların üzərində kustar üsulla hazırlanmış bombalar və AR-15 tüfəngi olduğu iddia edilib.
Zəng edən şəxs Messini öldürmək istədiyini deyib.
On gün sonra Argentina–Misir matçından əvvəl isə şübhəli şəxsin sosial şəbəkədə Messi ilə bağlı təhdid xarakterli paylaşım etdiyi bildirilir.
Polisdəki sənədlərə görə, matç zamanı başqa bir şəxs tribunadakı zibil qutularında üç bomba yerləşdirdiyini iddia edib.
Dərhal əraziyə cəlb olunan xüsusi təlim keçmiş itlər isə heç bir partlayıcı qurğu aşkarlamayıb.