DÇ-dən kənarlaşdırın! - Misir FİFA-ya şikayət etdi
İdman
Misir Futbol Assosiasiyası dünya çempionatının 1/8 finalında Argentina millisinə qarşı keçirilən oyunun hakimlər briqadası ilə bağlı Beynəlxalq Futbol Federasiyasına (FİFA) şikayət edib.
News24.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.
Qarşılaşmanı Fransadan olan baş hakim Fransua Leteksyenin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Assosiasiyanın prezidenti Hani Əbu Rida oyunda baş vermiş mübahisəli epizodların – Misir millisinin ləğv edilən qolunun və Argentinanın üçüncü qolundan əvvəl təyin edilməyən mümkün penalti epizodunun araşdırılmasını tələb edib.
Misir tərəfi, həmçinin, Fransa hakimlər briqadasının dünya çempionatının sonunadək oyunlardan kənarlaşdırılmasını istəyib.
Qeyd edək ki, görüş ABŞ-nin Atlanta şəhərindəki “Mercedes-Benz” stadionunda keçirilib və Argentinanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.