DÇ-2022-də finala gedən yolda vacib oyun: - Argentina - Xorvatiya

DÇ-2022-də finala gedən yolda vacib oyun: - Argentina - Xorvatiya İdman
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bu gün yarımfinal oyunu baş tutacaq.

News24.az xəbər verir ki, yarımfinal oyununda Argentina və Xorvatiya milliləri üz-üzə gələcək. 

Matç Bakı vaxtı ilə saat 23:00-da “Lusail” stadionunda start götürəcək.

Qeyd edək ki, bugünkü oyunun qalibi mundialın finalında Fransa - Mərakeş cütünün güclüsü ilə qarşılaşacaq.