Derbidə yalnız 1 dəqiqə: İkardinin şansı qalmadı
İdman
“Qalatasaray” klubu azarkeşlərin sevimlisi olan Mauro İkardinin Türkiyə macərasını sona çatdırmaq üzrədir.
News24.az xəbər verir ki, 2022-2023-cü illərdə “PSJ”dən transfer olunan İkardi uzun müddətli zədədən sonra “Kocaelispor” və “Union SG” ilə keçirilən matçlarda gözləntiləri doğrulda bilməyib.
Son “Fənərbaxça” derbisində isə İkardi yalnız 89-cu dəqiqədə oyuna daxil olub. Bu faktları nəzərə alan klub, Viktor Osimhenin zədə riskini və İkardinin zəif formasını qiymətləndirərək əvəzedici hücumçu axtarışlarına başlayıb.