Doğum evində 17 körpə virusa yoluxdu - Bu ölkədə

Doğum evində 17 körpə virusa yoluxdu - Bu ölkədə İdman

Rusiyanın Kemerovo vilayətindəki Novokuznetsk şəhərinin doğum evində doqquz körpə ölüb.

News24.az xəbər verir ki, Kemerovo Səhiyyə Nazirliyinin açıqlamasına görə, 1 dekabr - 11 yanvar tarixləri arasında doğulan 17 körpə infeksiyaya yoluxub. Onlardan 9-u yoluxma səbəbindən ölüb. Digərlərinin isə vəziyyəti ağırdır.

Açıqlamada həmçinin xəstəxananın gigiyenik və epidemioloji vəziyyətə görə müvəqqəti bağlandığı və yoxlamalara başlanıldığı qeyd edilib. Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsi araşdırma aparır.