Dünya çempionatı: Murad Fətiyev yarımfinalda - YENİLƏNDİ
İdman
Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb.
News24.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Fətiyev 1/4 finalda fransız cüdoçu Aleksa Mitroviçlə münasibətlərə aydınlıq gətirib.
Təmsilçimiz rəqibini vaxtından əvvəl ipponla məğlub edərək yarımfinala adlayıb.
Murad Fətiyev bu mərhələdə yaponiyalı Qoki Tajima ilə qarşılaşacaq.
***
13:52
Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanıb.
News24.az xəbər verir ki, idmançımız 1/8 finalda estoniyalı Klen Kristofer Kalyulaydı məğlub edib.
***
12:12
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının dördüncü yarış günündə Azərbaycan təmsilçisi Murad Fətiyev mübarizəyə başlayıb.
News24.az xəbər verir ki, kişilərin -90 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz ilk görüşünü 1/16 final mərhələsində Yunanıstan təmsilçisi Teodoros Tselidisi məğlub edib.