Dünyanın ən yaxşı gənc futbolçuları bəlli oldu
İdman
"La Gazzetta dello Sport"un həftəlik əlavəsi SportWeek 1 yanvar 2005-ci ildən sonra doğulan dünyanın ən yaxşı 80 gənc futbolçusunun siyahısını açıqlayıb.
News24.az xəbər verir ki, siyahıda “Real Madrid” və Türkiyə millisinin ulduzu Arda Gülər 3-cü pillədə qərarlaşıb.
İlk iki yerdə “Barselona”nın gənc istedadları Lamin Yamal və Pau Cubarsi qərarlaşıblar. Türkiyənin digər gənc ulduzu, “Yuventus”un futbolçusu Kənan Yıldız isə 10-cu sırada yer alıb.
"Real Madrid" bu mövsüm Xabi Alonsonun rəhbərliyi altında gənc oyunçulara yönəlmiş yeni layihə ilə çıxış edir. Klubun istedadlı dördlüyü — Arda Gülər, Franco Mastantuono, Dean Huijsen və Endrick siyahıya daxil edilib və hamısı ilk 11-likdə qərarlaşıb.
Qeyd edək ki, siyahıda ən çox futbolçu ilə təmsil olunan klub məhz "Real Madrid"dir. “Barselona” isə yalnız iki gənc oyunçusunu — Yamal və Cubarsini ilk iki pilləyə yerləşdirə bilib.