Dünyanın ən yaxşıları açıqlandı: Siyahıda Azərbaycan da var?

Dünyanın ən yaxşıları açıqlandı: Siyahıda Azərbaycan da var? İdman

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) 2025–2026 mövsümünü əhatə edən “Dünya Klubları Reytinqini” yeniləyib.

News24.az xəbər verir ki, yeni siyahıya görə, Azərbaycan komandlarından heç biri siyahıda yer almayıb. Türkiyədən isə yalnız “Fənərbağça” ilk 30-luqda yer alıb. 239 xalla “Fənərbağça” 29-cu sırada qərarlaşarkən, “Qalatasaray” 236 xalla 31-ci yerə düşərək ilk 30-luqdan kənarda qalıb.

Reytinqin zirvəsində isə 595 xalla "Paris Saint-Germain" qərarlaşıb. Onu 496 xalla "Çelsi" və 457 xalla "Bayern Münhen" izləyir. İlk onluğa həmçinin "Real Madrid", "İnter", "Barselona", "Flamengo", "Arsenal", "Palmeiras" və "Borussia Dortmund" daxildir.