Duqlass dünya rekordunu yenilədi
İdman
İkiqat olimpiya çempionu Keyt Duqlass 50 metr məsafəyə sərbəst üsulla üzmədə yeni dünya rekorduna imza atıb.
News24.az xəbər verir ki, sözügedən ölkənin təmsilçisi İrvaynda keçirilən Sakit Okean Regionunun Çempionatında bir gün ərzində 2 dəfə rekord reallaşdırıb.
O, təsnifat mərhələsində məsafəni 23,49 saniyəyə qət edərək Qrethen Uolşun nəticəsini 0,06 saniyə üstələyib.
Keyt finalda 23,19 saniyə göstərici ilə qalib gələrək öz rekordunu da yaxşılaşdırıb.
Qeyd edək ki, 24 yaşlı Duqlass 2026-cı ilin iyununda İndianapolisdəki turnirdə də bu məsafəni 23,59 saniyəyə üzərək isveçli Sara Şöströmə məxsus dünya rekordunu 0,02 saniyə yeniləmişdi.