Eduard Məmmədova - yüksək vəzifə verildi

Eduard Məmmədova - yüksək vəzifə verildi İdman

Azərbaycan Kikboksinq Federasiyasının yeni vitse-prezidentləri və yığma komandanın yeni baş məşqçisi bilinib.

News24.az xəbər verir ki, federasiyanın fəxri prezidenti, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin rəhbərliyi altında keçirilən toplantıda millinin sabiq baş məşqçisi və bundan öncəki iclasda icraçı direktor təyin edilmiş Elşən Abdulrəhimov I vitse-prezident, Azər Aslanov və Eduard Məmmədov vitse-prezident təyin edilib.

Federasiyanın İdarə Heyətinin sədr müavini də olan Eduard Məmmədov Bakı və regionlarla iş üzrə vitse-prezident vəzifəsini icra edəcək.

Bunadək millidə məşqçi işləyən Telman Məhərrəmov isə böyüklərdən ibarət yığmaya baş məşqçi təyin olunub.

Federasiyanın prezidenti postu isə yenidən Orxan Əliyevə həvalə edilib.\\\\prosport.az