“Əl Nəsr” onu qovdu - FOTO

“Əl Nəsr” onu qovdu - FOTO İdman

Səudiyyə Ərəbistanı Superkubokunda “Əl Hilal”a qarşı 1:4 hesablı məğlubiyyətdən sonra “Əl Nəsr” komandası baş məşqçisi Luis Kastronu vəzifəsindən azad edib.

News24.az metbuat.az-a istinadən xəbər verir ki, Kastro 2023-cü ildən “Əl Nəsr”ə rəhbərlik edirdi və onun klubla müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulmuşdu.

Qeyd edək ki, təcrübəli mütəxəssis bundan əvvəl “Rio Ave”, “Çaves”, “Vitoria Gimaraeş”, “Şaxtyor”, “Al Duhail” və “Botafoqo” kimi klubları çalışdırıb.