“Çelsi” Enzo Mareska ilə yollarını ayırdı

“Çelsi” Enzo Mareska ilə yollarını ayırdı İdman

“Çelsi” futbol klubu baş məşqçi Enzo Mareska ilə yollarını ayırdığını açıqlayıb. Bu qərar noyabr ayında ayın məşqçisi seçilən italiyalı mütəxəssisin rəhbərliyi altında komandanın son yeddi Premyer Liqa oyunundan yalnız birində qalib gəlməsindən və çempionluq yarışından uzaqlaşmasından sonra verilib.

News24.az xəbər verir ki, 2024-cü ildə “Lester Siti”ni Premyer Liqaya yüksəltdikdən sonra “Çelsi”yə gələn Mareska klubun ardıcıl iki mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməməsindən sonra vəziyyəti düzəltmək üçün təyin olunmuşdu. Onun istefası bu tapşırığın verilməsindən düz 18 ay sonra baş verib.

Mareska ilk mövsümündə gənc, lakin bahalı heyətlə “Çelsi”ni Premyer Liqada dördüncü yerə çıxararaq Çempionlar Liqasına vəsiqə qazandırıb. London klubu həmçinin Konfrans Liqasının və Klublararası Dünya Çempionatının qalibi olub.

Lakin dekabr ayında qeydə alınan uğursuz nəticələr və italiyalı məşqçinin gözlənilməz açıqlamaları klub rəhbərliyini hərəkətə keçməyə vadar edib və tərəflər yollarını ayırıb.

“Çelsi” futbol klubu və baş məşqçi Enzo Mareska qarşılıqlı razılaşma əsasında əməkdaşlığa son qoyub”, – klubun açıqlamasında deyilir.