“Çelsi”dən 4 qollu qələbə

“Çelsi”dən 4 qollu qələbə İdman

“Çelsi” “Hull Siti” üzərində 4:0 hesablı qələbə qazanaraq İngiltərə Kubokunda (“FA Cup”) növbəti mərhələyə yüksəlib.

News24.az xəbər verir ki, matçın qəhrəmanı Pedro Neto olub. Portuqaliyalı futbolçu het-trik edərək qollardan birini birbaşa künc zərbəsindən vurub. Estevao Vilyan isə açıq qapıya dəqiq zərbə ilə fərqlənib.

London təmsilçisi oyun ərzində üstün oyun nümayiş etdirərək inamlı qələbə qazanıb.