“Çelsi”nin yeni baş məşqçisi bəlli oldu
İdman
İngiltərənin “Çelsi” klubu Enzo Mareskanın yerinə Liam Rozenborqu baş məşqçi təyin edib.
News24.az xəbər verir ki, klubun yaydığı rəsmi açıqlamaya əsasən, 41 yaşlı ingilis mütəxəssis ilə 2032-ci ilə qədər müqavilə imzalanıb.
Liam Rozenborq məşqçilik karyerası ərzində “Derbi Kaunti”, “Hull Siti” və son olaraq Fransanın “Strasburq” klubunu çalışdırıb.
Qeyd edək ki, Enzo Mareskanın rəhbərliyi altında “Çelsi” Premyer Liqada son dörd oyunda qələbə qazana bilməyib və 20 turdan sonra 31 xalla 5-ci pillədə qərarlaşıb. London təmsilçisi UEFA Çempionlar Liqasında isə 10 xalla 13-cü yerdədir.