Elvin Cəfərquliyev həftənin ən yaxşıları arasında - Foto

Elvin Cəfərquliyev həftənin ən yaxşıları arasında - Foto İdman

UEFA Çempionlar Liqasında əsas mərhələnin VII turunun rəmzi heyəti müəyyənləşib.

News24.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev də həftənin ən yaxşıları arasında yer alıb.

Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Elvin Cəfərquliyev "Qarabağ"ın evdə Almaniyanın “Ayntraxt Frankfurt” klubunu 3:2 hesabı ilə məğlub etdiyi oyunda 90 dəqiqə meydanda olub. O, bir məhsuldar ötürmə ilə yadda qalıb. (Teleqraf)

Elvin Cəfərquliyev həftənin ən yaxşıları arasında - Foto