Ərdoğan qadın futbol komandasına avtobus hədiyyə etdi

Ərdoğan qadın futbol komandasına avtobus hədiyyə etdi İdman

Prezident Rəcəb Tayyib Ərdoğan Turkcell Qadınlar Futbol Super Liqasında çıxış edən "Yüksekovaspor" qadın futbol komandasına avtobus hədiyyə edib.

News24.az xəbər verir ki, avtobusun təhvil verilməsi münasibətilə klubun idman qurğularının ərazisində mərasim keçirilib. Tədbirdə qurban kəsilib, dualar oxunub, futbolçular rayon valisi Mustafa Akın və iştirakçılarla birlikdə rəqs ediblər.

Komandanın köməkçi məşqçisi Kübra Şen isə çıxışında Prezident Ərdoğana minnətdarlığını ifadə edərək, avtobusun komanda üçün böyük motivasiya olduğunu qeyd edib.