Ərdoğandan sürpriz: Oyunu arenada izləyib
İdman
Türkiyənin A Milli Basketbol Komandası Bosniya və Herseqovinaya 93:71 hesabla qalib gəlib.
News24.az xəbər verir ki, oyunu Abdi İpekçi İdman Sarayında Prezident Rəcəb Tayyib Ərdoğan və rəsmi şəxslər izləyib.
Ərdoğan matçdan sonra komandanın otağına gedərək basketbolçuları təbrik edib.