Ertem Şenerə təqdim olunan 44 nömrəli forma gündəm oldu
İdman
Məşhur türkiyəli futbol şərhçisi Ertem Şener “Qarabağ” klubunun meneceri Emrah Çelikel və baş məşqçi Qurban Qurbanovun xüsusi olaraq hazırladıqları formaları “Beyaz Futbol” verilişinin heyətinə canlı yayım zamanı təqdim edib.
News24.az xəbər verir ki, şərhçi bu barədə “Instagram” hesabında paylaşım edib.
Formaların üzərindəki “44” nömrəsi tamaşaçıların diqqətini cəlb edib. Ertem Şener rəqəmin mənasını belə izah edib:
“Formaların arxasındakı 44 rəqəmi Azərbaycanın 44 günlük Vətən müharibəsinə işarədir. Qarabağ Zəfərinin rəsmi tarixi 10 noyabrdır, lakin Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə həmin günün Atatürkün anım günü olduğunu nəzərə alaraq, bayramın noyabrın 8-də qeyd olunmasını təklif edib. Bu səbəbdən Zəfər Günü noyabrın 8-də qeyd olunur. Hətta Türkiyə Futbol Federasiyasına da bu formalardan göndərilib".