"Əsas mərhələyə vəsiqə qazanmaq istəyirik" - Qurbanov

"Əsas mərhələyə vəsiqə qazanmaq istəyirik" - Qurbanov İdman

“Qarabağ” “Konfrans Liqası”nın pley-off mərhələsində Niderlandın “Tvente” klubuna qarşı keçirəcəyi səfər matçına ciddi hazırlaşıb.

News24.az xəbər verir ki, bu sözləri klubun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında bildirib.

“Bu, tanıdığımız komandadır. Bu stadionla bağlı ilk yaxşı xatirələrimiz də məhz onunla əlaqəlidir. İnanıram ki, futbolçular qələbə üçün əllərindən gələni edəcəklər. Əsas mərhələyə vəsiqə qazanmaq istəyirik”, - Qurbanov qeyd edib.

Məlumat üçün bildək ki, matç 20 avqustda Enşededə Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.

Cavab oyunu isə 27 avqustda Bakıda baş tutacaq.