Fabrizio Romano: "Kənan Yıldız “Yuventus”un gələcəyidir"

Fabrizio Romano: "Kənan Yıldız “Yuventus”un gələcəyidir" İdman

“Yuventus” Kənan Yıldızla müqavilənin uzadılması üçün danışıqları davam etdirir.

News24.az-ın məlumatına görə, transfer mütəxəssisi Fabrizio Romano futbolçunun rəhbərliklə müzakirələr apardığını və tərəflərin yeni müqavilənin detalları üzərində işlədiklərini deyib.

Romano vurğulayıb ki, Kənan Yıldız “Yuventus” üçün əsas fiqurdur və klub onu gələcəyin başlanğıc nöqtəsi hesab edir. Bu fonda “Çelsi” və “Arsenal”ın gənc futbolçuya ciddi marağı Turin klubunda narahatlıq doğurur.

Məlumata görə, “Çelsi” ötən yay 70 milyon avro təklif etsə də, bu təklif dərhal rədd edilib. İngilis klubu yanvar üçün daha yüksək məbləğ hazırlayır. “Arsenal” isə daha ehtiyatlı strategiya seçərək futbolçunun agentləri ilə ilkin əlaqələr qurub.

Qeyd edək ki, Kənan Yıldızın “Yuventus”la müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Klub ilin sonuna və ya 2026-cı ilin əvvəlinə qədər yeni müqavilə imzalamağı hədəfləyir.