Fələstinə dəstək oldu, sponsorlarını itirdi

Fələstinə dəstək oldu, sponsorlarını itirdi İdman

UFC-nin keçmiş çempionu Həbib Nurməhəmmədov Fələstinə dəstəyinə görə reklam müqavilələrini və sponsorlarını itirib.

News24.az xəbər verir ki, Nurməhəmmədov bunu Nyu-Cersidə keçirilən Miftaah İnstitutunun tədbirində açıqlayıb.

Həbib bildirib ki, Fələstindəki vəziyyətlə bağlı açıq şəkildə fikirlərini ifadə etdikləri üçün idmançılar maliyyə itkiləri ilə üzləşirlər.

Onun sözlərinə görə, bu problemlə təkcə özü deyil, İslam Mahaçev və Usman Nurməhəmmədov da qarşılaşıb.

Bununla belə, Həbib hesab edir ki, maddi itkilər insan həyatları ilə müqayisə edilə bilməz.