"Fənərbağça" Asllani üçün "Çelsi" ilə yarışır
İdman
“Fənərbağça” yay transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır.
News24.az xəbər verir ki, klubun “Hoffenhaym”da çıxış edən kosovalı hücumçu Fisnik Asllani ilə maraqlandığı bildirilir.
Məlumata görə, bu transfer uğrunda “Fənərbağça” tək deyil. İngiltərənin “Çelsi” klubu da 23 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.
Bu mövsüm “Hoffenhaym”da 26 oyuna çıxan Asllani 9 qol vurub və 8 məhsuldar ötürmə edib.
Almaniyada doğulan futbolçu gənclər səviyyəsində Almaniya millisində çıxış etsə də, daha sonra Kosovo millisini seçib. O, milli komandada 12 oyunda iştirak edib və 3 qol vurub.