"Fənərbağça" klubunun prezidenti transfer üçün Ərdoğana təşəkkür etdi

"Fənərbağça" klubunun prezidenti transfer üçün Ərdoğana təşəkkür etdi İdman

Ngolo Kante iki mövsüm Səudiyyə Ərəbistanda çıxış etdikdən sonra "Fənərbağça"ya transfer olunub.

New24.az xəbər verir ki, klubun prezidenti Sadettin Saran transfer prosesinin tamamlanmasına verdiyi dəstəyə görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Saran bildirib ki, bu keçid həm "Fənərbağça"ya, həm də Türkiyə futbolunun inkişafına töhfə verəcək. Transfer "Al-İttihad" klubunun FIFA sistemindəki gecikməsindən sonra sual altına düşsə də, sonradan FIFA tərəfindən təsdiqlənib.