"Fənərbağça" və "Qalatasaray" "Qarabağ"ın rəqib oyunçusu üçün yarışır

"Fənərbağça" və "Qalatasaray" "Qarabağ"ın rəqib oyunçusu üçün yarışır İdman

“Napoli” ilə müqaviləsini uzatmaq istəməyən Frank Anguissa Türkiyə klublarının diqqətini çəkib.

News24.az xəbər verir ki, İstanbul təmsilçilərinin yüksək maaş təklifləri səbəbindən kamerunlu yarımmüdafiəçinin mövsüm sonunda “Napoli”dən ayrılması gözlənilir. Lakin Kevin De Bruyne-nin zədələnməsi baş məşqçi Antonio Konteni Anguissanı komandada saxlamağa vadar edə bilər.

Qeyd edək ki, “Fənərbağça” və “Qalatasaray” 28 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. “Qalatasaray” bir müddətdir oyunçu ilə maraqlanır, “Fənərbağça”nın isə eyni maliyyə tələblərini ödəməyə hazır olduğu bildirilir.

Super Liqada mövsüm davam edir və klublar fasilə dövründə heyətlərini gücləndirmək üçün transfer işlərini sürətləndiriblər.