"Fənərbağça" və "Samsunspor" 66-cı dəfə qarşılaşacaq
İdman
Türkiyə Super Liqasının 25-ci həftəsində "Fənərbağça" sabah evdə "Samsunspor"la qarşılaşacaq.
News24.az xəbər verir ki, "Fənərbağça" hazırda 15 qələbə və 9 heç-heçə ilə 54 xalla liqada ikinci yerdədir. "Samsunspor" isə 7 qələbə, 11 heç-heçə və 6 məğlubiyyətlə 32 xalla yeddinci pillədə qərarlaşıb.
İki komanda Super Liqa tarixində indiyə qədər 65 dəfə qarşılaşıb. Bu oyun onların 66-cı dueli olacaq. Keçirilən matçlarda "Fənərbağça" 35 dəfə qalib gəlib, "Samsunspor" 12 qələbə qazanıb, 18 oyun isə heç-heçə başa çatıb.
Komandalar arasında son dörd liqa oyunu heç-heçə ilə nəticələnib. İki komanda son dəfə Super Kubokun yarımfinalında qarşılaşıb və həmin oyunda "Fənərbağça" 2:0 hesabı ilə qalib gəlib.