"Fənərbağça" "Yuventus"un futbolçusunu transfer etmək istəyir
İdman
İtaliya mətbuatının məlumatına görə, belçikalı hücumçu Lois Openda karyerasını "Yuventus"da davam etdirmək istəyir.
News24.az xəbər verir ki, son vaxtlar futbolçunun Türkiyəyə transfer olacağı barədə xəbərlər yayılıb. Bildirilib ki, "Fənərbağça" da onu transfer etmək istəyən klublardan biridir. Komandanın baş məşqçisi Domeniko Tedesko Opendanı bəyənir və onu Belçika millisində işlədiyi vaxtdan yaxşı tanıyır.
Buna baxmayaraq, Opendanın "Yuventus"dakı çıxışı gözlənilən səviyyədə olmayıb. Baş məşqçi Luçiano Spallettinin son matçlarda hücum xəttində başqa futbolçulara daha çox şans verdiyi qeyd olunur.
Məlumatlara görə, yay transfer dövründə "Yuventus" əvvəlcə oyunçunun transfer hüququndan istifadə edə, daha sonra isə onun yenidən formaya düşməsi üçün başqa kluba icarəyə göndərə bilər.