"Fənərbağça"nın ulduzu İspaniya millisinə qayıda bilər

"Fənərbağça"nın ulduzu İspaniya millisinə qayıda bilər İdman

"Fənərbağça"nın ispan ulduzu Marco Asensio üçün sevindirici xəbər var.

News24.az xəbər verir ki, Türkiyədə uğurlu mövsüm keçirən futbolçu 2,5 ildən sonra yenidən İspaniya milli futbol komandasına dəvət ala bilər.

Asensio bu mövsüm “Fənərbağça”nın heyətində 33 oyunda 13 qol vurub, 11 məhsuldar ötürmə edib və komandanın əsas liderlərindən birinə çevrilib.

"Estadio Deportivo" nəşrinin yazdığına görə, İspaniya millisinin baş məşqçisi Luis de la Fuente futbolçunun çıxışını yaxından izləyir. Asensionun qarşıdakı dünya çempionatının heyətində yer alma ehtimalı var.

Qeyd edək ki, Marko Asensio sonuncu dəfə 2023-cü ildə Gürcüstana qarşı oyunda İspaniya millisinin formasını geyinib.