"Fənərbaxça" – "Qalatasaray": matçda qalib müəyyənləşmədi

"Fənərbaxça" – "Qalatasaray": matçda qalib müəyyənləşmədi İdman

Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub.

News24.az xəbər verir ki, lider “Qalatasaray” XIV turda səfərdə “Fənərbaxça” ilə üz-üzə gəlib.

Matça saat 21:00-da start verilib. Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Oyunun 28-ci dəqiqəsində Leroy Sane ilk qola imza atıb, 90+5-ci dəqiqədə isə Con Duran bərabərlik qolunu vurub.