"Fənərbaxça" – "Ştutqart" oyununda gərginlik: Futbolçular meydanda toqquşdu

"Fənərbaxça" – "Ştutqart" oyununda gərginlik: Futbolçular meydanda toqquşdu İdman

UEFA Avropa Liqasının 3-cü turunda "Fənərbaxça" evdə Almaniyanın "Ştutqart" komandasını 1:0 hesabı ilə məğlub edib.

News24.az xəbər verir ki, oyun son dərəcə gərgin keçib. Matçın son dəqiqələrində İsmayıl Yüksək ilə Deniz Undav arasında sözlü mübahisə fiziki təmasa çevrilib. İsmayılın əsəbi davranışları komanda yoldaşları tərəfindən çətinliklə sakitləşdirilib.

Hakim hər iki futbolçuya sarı vərəqə göstərib. İsmayıl Yüksək tribunadan gələn “Bura Kadıköydür, buradan çıxış yoxdur” şüarlarına işarə edərək rəqibinə “sus” işarəsi edib.

Matçdan sonra da gərginlik davam edib. Meydanda qısa müddətli qarşıdurma baş verib və "Fənərbaxça" azarkeşləri Deniz Undava sərt reaksiya göstəriblər. Qarşıdurma bir neçə dəqiqədən sonra oyunçular və texniki heyət tərəfindən sakitləşdirilib.

Xeyrənsə Piriyeva