"Fənərbaxça" onlarla yollarını ayırdı

"Fənərbaxça" onlarla yollarını ayırdı İdman

Yeni mövsüm hazırlıqlarını davam etdirən "Fənərbaxça"da iki ayrılıq yaşanıb.

News24.az xəbər verir ki, Konyaspor prezidenti Ömər Qorxmaz transferlərlə bağlı detalları paylaşıb.

“Radyospor”a danışan Korkmaz; "Heyətimizə Umut Nayir və Melih Bostanı qatdıq. Umut indi komandamızın Sloveniya düşərgəsinə qatıldı. Melihin viza problemi var. Lazımi müraciətləri etdik. Heç bir geriləmə olmasa, o da düşərgəyə qatılacaq" deyib.

Qeyd edək ki, “Qırmızı-ağlar” Umutla 2 illik, Melihlə isə 3 illik müqavilə imzalayıb.

Günel Məlikzadə