FİFA Cənubi Amerikadan 7 gənc ulduz namizədini açıqladı

 FİFA Cənubi Amerikadan 7 gənc ulduz namizədini açıqladı İdman

FİFA 2025-ci ildə fərqlənəcəyi gözlənilən Cənubi Amerika əsilli yeddi gənc futbolçunun adını açıqlayıb.

News24.az xəbər verir ki, siyahıda ən çox diqqət çəkən ad Braziliyanın “Palmeiras” klubunda çıxış edən Allan olub.

21 yaşlı sağ cinah oyunçusu Allan CONMEBOL Libertadores turnirindəki performansı ilə ön plana çıxıb və 2025-ci ildə Braziliyanın ən perspektivli gənc futbolçularından biri kimi qiymətləndirilir.

Siyahıda yer alan digər önəmli ad isə “River Plate”dən “Real Madrid”ə keçəcəyi gözlənilən argentinalı Franko Mastantuonodur. O, 2025-ci ildə “Boka Xuniors”a vurduğu möhtəşəm cərimə qolu ilə dünya futbol ictimaiyyətinin diqqətini cəlb edib.

FİFA bu oyunçuların 2026-cı ildə beynəlxalq səviyyədə daha dominant olacağını proqnozlaşdırır.