FIFA icazə verdi - Kante "Fənərbağça"da

FIFA icazə verdi - Kante "Fənərbağça"da İdman

Türkiyənin "Fənərbağça" klubu Fransa millisinin və Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandasının futbolçusu Nqolo Kantenin keçidini reallaşdırıb.

News24.az xəbər verir ki, bu transfer FIFA-nın xüsusi icazəsi əsasında baş tutub.

Ötən gün Səudiyyə klubu lazımi sənədləri sistemə vaxtında yükləmədiyi üçün alınmayan keçid gecə saatlarında reallaşıb.

"Fənərbağça" 35 yaşlı futbolçu ilə 2028-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayacaq.(Unikal)