FIFA-nın “Ən yaxşı” mükafatlarının qalibləri sabah açıqlanacaq
İdman
FIFA-nın “Ən yaxşılar” mükafatlarının təqdimetmə mərasimi sabah Qətərin paytaxtı Doha şəhərində keçiriləcək.
News24.az Beynəlxalq Futbol Federasiyasının məlumatına istinadən xəbər verir ki, tədbirdə FIFA prezidenti Canni İnfantino, İcraiyyə Şurasının üzvləri, üzv assosiasiyaların nümayəndələri və futbol ictimaiyyətindən ümumilikdə 800-ə yaxın qonaq iştirak edəcək.
Mərasim zamanı ilin ən yaxşı kişi və qadın futbolçusu, qapıçısı, məşqçisi, ən yaxşı 11-lik, ilin qolu və ən yaxşı azarkeş nominasiyaları üzrə qaliblər açıqlanacaq. Kişi və qadın futbolunda ilin ən yaxşı qolu nominasiyalarının qalibləri isə daha sonra elan ediləcək.