"FIFA series" turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq

"FIFA series" turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq İdman

"FIFA series" turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq.

News24.az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino şəxsi sosial şəbəkə hesabında paylaşım edib.

"2026-cı ilin mart və aprel aylarında beynəlxalq oyunlar pəncərəsi çərçivəsində "FIFA Series" turnirinin ilk genişmiqyaslı təşkilini təsdiqləməkdən məmnunam. 2024-cü ilin mart ayında keçirilmiş pilot turnirin uğuruna əsaslanaraq, bu layihə müxtəlif qitələrdən olan milli komandalara ənənəvi konfederasiya sərhədlərindən kənarda yarışmaq və əlaqə qurmaq üçün unikal platforma təqdim edir", - deyə o, bildirib.