FİFA tarixində ilk: Trampa Sülh Mükafatı verildi
İdman
ABŞ prezidenti Donald Tramp FİFA tarixində ilk dəfə olaraq Sülh Mükafatına layiq görülüb.
News24.az xəbər verir ki, mükafat ona 2026-cı il futbol üzrə dünya çempionatının püşkatma mərasimində təqdim olunub. Tramp çıxışında bunu həyatının ən böyük şərəflərindən biri adlandırıb.
FİFA-nın məlumatına görə, bu mükafat dünyada sülh naminə “müstəsna və qeyri-adi fəaliyyət” göstərən şəxslərə verilir.
Qeyd edək ki, 2026-cı il Dünya Kubokuna Kanada, Meksika və ABŞ birgə ev sahibliyi edəcək və turnirdə ilk dəfə 48 komanda iştirak edəcək