"Flamenqo" Filipe Luislə yollarını ayırdı

"Flamenqo" Filipe Luislə yollarını ayırdı İdman

Braziliya çempionatında çıxış edən "Flamenqo" klubu "Madureyra" üzərində 8:0 hesablı böyük qələbədən sonra baş məşqçi Filipe Luislə əməkdaşlığa son verdiyini açıqlayıb.

News24.az xəbər verir ki, Braziliya mətbuatının məlumatına görə, bu qərar oyundan əvvəl verilib. Son dövrlərdə Argentina təmsilçisi "Lanusa" məğlubiyyət və Braziliya Superkubokunda "Korintiansa" uduzmaq klub rəhbərliyinin narazılığına səbəb olub.

Filipe Luis 2024-cü ildən bəri Flamenqoya rəhbərlik edirdi. O, komanda ilə ümumilikdə 7 kubok qazanıb. 101 oyunda 63 qələbə, 23 heç-heçə və 15 məğlubiyyət əldə edən mütəxəssisin qələbə faizi təxminən 70 faiz olub.