Flik “Barselona” ilə müqaviləni uzadır
İdman
“Barselona” baş məşqçi Hansi Flikin müqaviləsini uzatmağa hazırlaşır.
News24.az xəbər verir ki, alman mütəxəssisin yeni müqaviləsi 2028-ci ilə qədər qüvvədə olacaq. Klubun bu qərarı prezident Joan Laportanın yenidən seçilməsindən sonra verilib.
Laporta bildirib ki, müqavilənin uzadılması yaxın zamanda rəsmi olaraq açıqlanacaq. Onun sözlərinə görə, Flik təklifi qəbul edib və klubda qalmaqdan razıdır.