“Fənərbağça” Avropada 299-cu oyununa çıxır
İdman
"Fənərbağça" Avropa turnirlərində 299-cu matçını keçirəcək.
News24.az xəbər verir ki. “Sarı-göy”lər UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda doğma meydanda "Nottinqham Forest" komandasını qəbul edəcək.
İstanbul təmsilçisi indiyədək Avropa kuboklarında 298 oyun keçirib. Bu qarşılaşmalarda komanda 117 qələbə qazanıb, 116 dəfə məğlub olub, 65 görüş isə heç-heçə başa çatıb. “Fənərbağça” bu matçlarda rəqib qapılarına 407 qol vurub, 419 qol buraxıb.
“Sarı-göy”lər UEFA Avropa Liqasında isə ümumilikdə 102 oyun keçirib. Klub bu turnirdə 49 qələbə əldə edib, 31 heç-heçə edib və 22 dəfə uduzub. Komanda həmin görüşlərdə 146 qol vurub, 103 top buraxıb.
Qeyd edək ki, qarşıdakı matç “Fənərbağça”nın Avropa səhnəsində yubiley – 299-cu oyunu kimi tarixə düşəcək.