“Fənərbağça” ulduz futbolçunu transfer edir - İllik sərvət qazanacaq

“Fənərbağça”  ulduz futbolçunu transfer edir - İllik sərvət qazanacaq İdman

“Fənərbağça” klubu yeni hücumçusunu qəbul etməyə hazırlaşır.

News24.az xəbər verir ki, klub Romelu Lukakunun transferində “Napoli” ilə danışıqlarda böyük irəliləyiş əldə edib.

Məlumata görə, “Napoli” 12 milyon avro təşkil edən transfer haqqı gözləntisini 9–10 milyon avroya endirib.

“Fənərbağça” ilə keçiriləcək son danışıqlardan sonra transferin rəsmiləşdirilməsi gözlənilir.

Bildirilib ki, “Fənərbağça” ilə “Napoli” arasında keçiriləcək görüşlər transferin taleyində həlledici olacaq.

Lakin Lukaku artıq “Fənərbağçaya” keçməyə razılıq verdiyi üçün transferin baş tutacağı qeyd edilir.

Həmçinin klubun belçikalı hücumçu ilə illik 10 milyon avro maaş qarşılığında ilkin razılığa gəldiyi bildirilir.