“Fənərbağça”nın yeni transferi ilk məşqinə çıxdı
İdman
“Qalatasaray”dan “Fənərbağça”ya keçən gənc futbolçu Çağrı Hakan Balta yeni komandasında ilk məşqinə qatılıb.
News24.az xəbər verir ki, “Qalatasaray” və milli komandanın sabiq üzvü Hakan Baltanın oğlu olan Çağrı Hakan “Can Bartu”da keçirilən hazırlıq prosesində iştirak edib.
Komanda UEFA Avropa Liqasında “Nottingem Forest”lə oyun öncəsi son məşqini keçirib. Zədəli futbolçular məşqdə yer almayıblar.