“Fənərbağça”ya ağır zərbə: 4 futbolçu sıradan çıxdı
İdman
“Fənərbağça” “Kasımpaşa” ilə heç-heçə etdiyi oyunda təkcə xal yox, həm də dörd oyunçusunu itirib.
News24.az xəbər verir ki, baş məşqçi Domeniko Tedesko qapıçı Edersonun zədə səbəbilə 3 həftə meydanlardan uzaq qalacağını açıqlayıb. “Nottingem Forest”lə səfər matçında qapını Tarık Çetin qoruyacaq. Mert Günok isə UEFA siyahısında yoxdur.
Müdafiədə də vəziyyət ağırdır. Çağlar Söyüncü və Ceyden Oostervolde zədələnib. Ötən həftə sıradan çıxan Milan Skriniarın isə təxminən 1,5 ay oynamayacağı bildirilir.
Bundan əlavə, Anderson Talisca matçdan sonra stadionu axsayaraq tərk edib və MRT müayinəsindən keçəcək.