“Fənərbaxça”nın sabiq köməkçi məşqçisi vəfat etdi
İdman
“Fənərbaxça”nın sabiq köməkçi məşqçisi Engin Fırat 55 yaşında vəfat edib.
News24.az xəbər verir ki, son olaraq Livanın “Nejmeh SC” klubunu çalışdıran mütəxəssis İstanbul Aeroportunda olarkən qəfil halı pisləşib.
Məlumata görə, o, Beyrutdan Adanaya gedərkən ürəktutması keçirib.
Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, məşqçilik karyerası ərzində bir sıra ölkələrdə çalışan Engin Fırat daha əvvəl Kenya yığmasını və Moldova millisini çalışdırıb. O, həmçinin İranın “Sepahan FC” və “Saipa FC” klublarında baş məşqçi kimi fəaliyyət göstərib.
Fırat müxtəlif dövrlərdə “Sivasspor” və “Kayseri Erciyesspor” klublarında da məşqçi heyətində yer alıb.