Formula 1-də 22-ci mərhələ: Las Vegas Qran-Prisi start götürür

Formula 1-də 22-ci mərhələ: Las Vegas Qran-Prisi start götürür İdman

Formula 1-də mövsümün 22-ci yarışı — Las Vegas Qran-Prisi bu həftəsonu keçiriləcək.

News24.az-ın məlumatına görə, 6,2 km uzunluğundakı Las Vegas treki üzrə sıralama turu sabah saat 07:00-da, əsas yarış isə 23 noyabr saat 07:00-da baş tutacaq.

Mövsümdə ardıcıl ikinci çempionluğunu təmin edən McLaren komandasının sürücüsü Lando Norris 390 xalla liderliyini qoruyur. Onu 366 xalla komanda yoldaşı Oscar Piastri izləyir.

Qran-Pridən əvvəl ilk “5-lik”:

Pilotlar:

1. Lando Norris – 390

2. Oscar Piastri – 366

3. Max Verstappen – 341

4. George Russell – 276

5. Charles Leclerc – 214

Komandalar:

1. McLaren – 756

2. Mercedes – 398

3. Red Bull – 366

4. Ferrari – 362

5. Williams – 111