Fransa millisinin futbolçusu PSJ-dən ayrılmaq istəyir

Fransa millisinin futbolçusu PSJ-dən ayrılmaq istəyir İdman
Fransa millisinin futbolçusu Presnel Kimpembe PSJ-dən ayrılmaq istəyir.

News24.az xəbər verir ki, 28 yaşlı müdafiəçi karyerasını başqa klubda davam etdirmək variantını nəzərdən keçirir.

Fransalı oyunçu özünü yeni çempionatda sınamaq niyyətindədir.

Qeyd edək ki, Kimpembenin Paris təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.