"Fulhem" yeni transferini açıqladı: - 6 illik müqavilə - FOTO
İdman
İngiltərə Premyer Liqa komandalarından olan "Fulhem" Sander Berge ilə 1 illik opsionla 6 illik müqavilə imzalayıb.
News24.az xəbər verir ki, Premyer Liqa komandasından verilən açıqlamada transfer detalları ilə bağlı heç bir məlumat paylaşılmasa da, İngiltərə mətbuatında yer alan xəbərlərdə transferin bonuslar da daxil olmaqla 25 milyon sterlinqə tamamlandığı bildirilib.
Bergenin "Fulhem"də 16 nömrəli formanı geyinəcəyi açıqlanıb.
Transferlə bağlı Berge, "Özümü əla hiss edirəm. Bir neçə həftədir danışıqlar gedir və nəhayət, bu gözəl stadionda, bu forma ilə oturmuşam və gələcəyimin burada olduğunu bilirəm" dedi.
Sander Berge də transfer dövründə "Fənərbaxça"nın gündəmində olub.
Günel Məlikzadə