Futbol tarixində nadir hadisə: Hakim “assist” etdi, qol ləğv olundu
İdman
UEFA Avropa Liqasında “Fənərbağça” – “Aston Villa” matçında nadir hadisə yaşanıb.
News24.az xəbər verir ki, qarşılaşmanın 42-ci dəqiqəsində portuqaliyalı hakim Luis Miguel Brankonun topa toxunması səbəbindən vurulan qol qeydə alınmayıb.
Epizodda “Aston Villa”nın qapıçısının seyvindən sonra top hakimə dəyib və Morqan Rocersin qarşısına düşüb. Rocers topu qapıya göndərsə də, hakim dərhal oyunu dayandıraraq qolu ləğv edib.